"Ermənilər Azərbaycan ərazisində yaşasınlar, kim onlara söz deyəsidir? Amma adam balası kimi... "
“Ermənilərə vətəndaşlıq vermək artıq cənab Prezident İlham Əliyevin səlahiyyətindədir. Əvvəldən də demişik ki, Qarabağda yaşayan hər hansı bir erməni Azərbaycan vətəndaşlığını, Konstitusiyasını qəbul edərsə, ərazimizdə yaşaya bilər. Qarabağın nəzarəti artıq Azərbaycanın əlindədirsə, ermənilər də Azərbaycan hökumətinə tabe olmalıdırlar. Tabe olurlarsa, yaşamaladırlar. Nə edə bilərik? Ayrı yolu var? Hiyləgərdirlər, ya nədirlər, Qarabağda Azərbaycan hakimiyyəti, Azərbaycan polisi, icra hakimiyyəti strukturları, prokurorluq, Dövlət Təhlükəsizliyi Xidmət və s. tam bərpa olunandan, bütün terrorçular, hərbi texnika çıxarılandan sonra ermənilər nə edəcəklər ki?”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
Deputat bildirib ki, ermənilər Azərbaycan ərazisində yaşamaq istəyirlərsə, bu, qanun çərçivəsində olmalıdır: “Yaşasınlar, kim onlara söz deyəsidir? Amma adam balası kimi... Düzdür, adam balası deyillər, ancaq adam balası kimi yaşamaq istəyirlərsə, buyursunlar... Orda 25-30 min erməni var. Azərbaycan vətəndaşlığını, Konstitusiyasını qəbul edən erməniyə nə deyə bilərik ki? Deyək ki, kənar tutun erməniləri? Amma bir şərtlə, kim müharibə cinayəti törədibsə, o cəzalandırılacaq. Kim Azərbaycan dövlətinə qarşı cinayət edibsə, bu, artıq hüquq-mühafizə orqanlarının işidir, cəzalandırılmalıdır. İndi Laçını boşaltmalıdırlar. Laçında yanğın törədənlər, çıxanda evləri yandıranlar hamısı cəzalandırılmalıdır. Cinayətkara vətəndaşlıq verilə bilməz! Verilsə də, dövlətin qanunlarına uyğun cəzalanmalıdır”.