Plenar iclaslar, Qanun Layihələri 23 Noyabr 2022, 12:21 | Baxış sayı: 208
"Epidemiya, hərbi vəziyyət dövründə partiyalar onlayn işləyə bilər"

“Bu qanunun qəbul olunması yeni dövrün tələbidir, qələbəmizdən sonra irəli gələn zərurətdir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycanda bir hakim partiya var: “Siyasi partiyanın məqsədi iqtidara gəlmək olmalıdır. Bu da indiki durumda real deyil. Bu zaman partiyalar dövlət işinə fayda verməyi düşünməlidir. Partiya təsis olunubsa, yenidən qanuna görə bizdən təsis qurultayı keçirməyimizi istəyirlər. Qanunun geriyə qüvvəsi yoxdur. Bunu artıq anlamalıyıq”.

Fazil Mustafa hesab edir ki, layihəyə epidemiya, fövqəladə vəziyyət, hərbi vəziyyət dövründə partiyaların fəaliyyətinin dayandırılmaması ilə bağlı maddəni əlavə etməyimiz faydalı olar: "Partiyalar onlyan qaydada da işləyə bilər".

Xəbərlər