KOMİTƏ İCLASLARI 11 Aprel 2022, 16:38 | Baxış sayı: 251
Elman Rüstəmov Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilir

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

APA-nın xəbərinə görə, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar iclasında müzakirə üçün tövsiyə edib.

 

Xəbərlər