Elman Nəsirov deputatı olduğu Cəlilabadın qazlaşma səviyyəsindən narazıdır
Plenar iclaslar
21 May 2021, 17:44 | Baxış sayı:
499
“Hazırda ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96,2%-ə çatıb. Ölkəmizin elə şəhərləri, rayonları var ki, 100% qazla təmin edilib. Təmsil olunduğum Cəlilabad rayonunda isə bu, 50% təşkil edir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
E. Nəsirov bildirib ki, Cəlilabadla qonşu olan Biləsuvar rayonunda qazlaşdırma 100%-dir. “Cəlilabadda insanların, xüsusilə İranla sərhəddə olan kəndlərin ən böyük problemı qazdır”, - deyə deputat qeyd edib.