Cəmiyyət, Plenar iclaslar 1 Noyabr 2021, 17:57 | Baxış sayı: 316
“Ehtimal edirəm ki, Milli Məclisin həmin iclasına Amnistiya aktı təqdim olunacaq".

“Milli Məclisin noyabrın 5-nə planlaşdırılan plenar iclasında Amnistiya aktı parlamentə təqdim edilə bilər".

Bunu Modern.az-a Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib. Deputat qeyd edib ki, hələlik iclasın gündəliyi açıqlanmayıb:

“Ehtimal edirəm ki, Milli Məclisin həmin iclasına Amnistiya aktı təqdim olunacaq. Əgər gündəliyə salınarsa, müzakirə aparılacaq, səsvermə olacaq. Səs çoxluğu ilə qəbul edildiyi halda Amnistiyanın tətbiqinə başlanacaq”.

Xəbərlər