KOMİTƏ İCLASLARI 24 May 2023, 16:58 | Baxış sayı: 205
“Dərman vasitələrində inflyasiya 40 faizdir”

“Banklarda kredit faizlərinin yüksək olması, əmanətlərin qaytarılmasında problemlər, bankların bağlanması və s. monetar siyasətdə problemlər hələ də davam edir. Halbuki biz təklif etmişdik ki, banklar bağlanmasın, birləşsin”. 

Demokrat.az 
xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib. 

Süni qiymət artımına toxunan deputat vurğulayıb ki, tədbirlər daha sərt olmalıdır: “İnflyasiyanın 13,9% olduğunu deyirik, amma statistikaya baxırıq ki, təkcə dərman vasitələrində bu rəqəm 40%-dir”. 

Xəbərlər