Siyasət 28 Mart 2024, 16:09 | Baxış sayı: 164
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"

Bu gün Azərbaycan Təhlükəsizlik Xidmətinin yaranmasının 105 illiyi tamam olur.

AVP-nin sədri, millət vəkili Fəzail Ağamalı bu münasibətlə təhlükəsizliyimizin təminatçılarının peşə bayramını təbrik edib.

Təbrikdə deyilir:

 

"Müstəqillik əldə etdiyimizdən keçən 33 il zaman kəsiyində dövlətçiliyimizdə və onun təhlükəsizliyinin təmin olunmasında ciddi əhəmiyyət kəsb edən bu qurum çox çətin, ziddiyyətli, hətta öz imicinə ləkə gətirən bir ömür yaşamışdır. Ulu Öndərimiz Heydər Əliyevin formalaşdırdığı Dövlət Konsepsiyasında önəmli yer tutan DTX-nin əməkdaşları milli və dövlətçiliyimizin təhlükəsizliyinin təmin olunmasında yüksək peşəkarlıq nümayiş etdirmişlər.

 

Etiraf etmək lazımdı ki, ölkə prezidenti, cənab İlham Əliyevin imzaladığı 20 iyun 2019-cu il sərəmcamı ilə uzun illər təhlükəsizlik sistemində xidmət göstərən, Birinci Qarabağ müharbəsində əhəmiyyətli nəticələr verən əməliyyatlarda  iştirak edən, yüksək intellekti, peşəkarlığı, milli dövlətçiliyimizə, Ulu Öndərə və möhtərəm cənab prezidentimizə sədaqətilə fərqlənən Əli Nağıyevin Dövlət Təhlükəsizlik Xidmətinə rəhbər  təyin olunması cəmiyyətimizdə yüksək qarşılandı. Onun rəhbərliyilə qrumun nüfuzunu ləkələyən neqativ halların aradan qaldırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi kimi vacib vəzifənin yerinə yetirilməsinə xüsusi diqqət yetirildi, 2020-ci ilin sentyabrında başlayan və Zəfərlə başa çatan Vətən Müharibəsində, 2023-cü ilin sentyabrında anti-terror əməliyyatında Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı. Bu günümüzə qədər də DTX-a ardıcıl olaraq dövlətçiliyimizi gücləndirən fəaliyyətini davam etdirməkdədir.

 

Onun son illərdə istər ölkəmizə düşmən kəsilən dövlətlərin yaratdığı kəşfiyyat və terror şəbəkəsinin, istərsə də erməni seperatçı xunta rejiminin müqəddəs torpaqlarımızda kökünün tamamilə kəsilməsində yüksək peşəkarlıqlarının, vətənpərvərliklərinin və fədakarlıqlarının şahidi olduq.

 

Möhtərəm, cənab prezident İlham Əliyevin  diqqət və qayğı göstərdiyi DTX-a milli və dövlət təhlükəsizliyimizin təminatçısı kimi xalqımızın güvəndiyi və inam bəslədiyi  qurum kimi çətin və şərəfli missiyasını uğurla davam etdirməkdədir. Bütün Dövlət Təhlükəsizliyinin əməkdaşları ən xoş sözə və diqqətə layiqdirlər.

 

Peşə bayramınız mübarək!"

Xəbərlər