KOMİTƏ İCLASLARI 1 Fevral 2023, 16:12 | Baxış sayı: 280
“Dövlət Qulluğu Məcəlləsi qəbul edilməlidir”

“Dövlət Qulluğu Məcəlləsi qəbul edilməlidir”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Etibar Əliyev bildirib.

Etibar Əliyev deyib ki, publik hüquqi şəxslər yaradılan zaman qurumlar yenidən təşkil olunur: “Bu halda 10-15 il dövlət qulluğunda işləyənlər bəzən kənarda qalır. Bəzən görürsən ki, dövlət qurumlarının rəhbərlərinin və rektorların 5-6 köməkçisi, müşaviri olur, sonra da onlar yüksək vəzifələrə təyin edilirlər. Niyə onlar dövlət qulluğu üçün test imtahanı və müsabiqədən keçməməlidir? Onlar da müsabiqədən keçməlidir”.

Xəbərlər