KOMİTƏ İCLASLARI 19 Sentyabr 2022, 12:15 | Baxış sayı: 270
""Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi Milli Məclisə payız sessiyasında daxil olacaq"

“Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanunə payız sessiyasında daxil olacaq”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri Rəqabət Məcəlləsinin iş planına daxil olmaması məsələsinə aydınlıq gətirib və bildirib ki, iş planında olmasa da Rəqabət Məcəlləsi payız sessiyasında Milli Məclisə daxil olacaq.

“İkinci mühüm məsələ təklif edərdim ki, "Mikro və kiçik sahibkarlığın inkişafı haqqında" qanun layihəsini də biz iş planına daxil edək. Çünki məndə olan məlumata görə, bu qanun layihəsi də Milli Məclisə payız sessiyasında daxil olacaq”, - komitə sədri bildirib.

Mənbə: Apa.az

Xəbərlər