Cəmiyyət 6 Fevral 2023, 11:55 | Baxış sayı: 134
"Din adamlarının haqqıdır ki, halal yolla düzəldilmiş kolbasa və sosislərdən istifadə etsinlər"

Tanınmış din xadimləri Hacı Şahin Həsənli, Hacı Surxay Məmmədli, Hacı Eldayaq Hüseynov və Hacı Natiq İsayevin Bakıdakı ət məhsulları şirkətlərindən birinin ziyarət etməsi birmənalı qarşılanmayıb. Adların çəkilən şəxslərin bu şirkətin istehsalı olan kolbasa və sosislərin reklamında iştirakı isə tənqidlərə tuş gəlib.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Razi Nurullayev Demokrat.az-a açıqlamasında bildirib ki, din xadimlərinin  tənqidlərə tuş gəlməsi düzgün deyil:

"Hacılar da insandır, sadəcə onlar Həcc ziyarətini yerinə yetirdiklərinə görə adlarının qarşısına "həci" sözü əlavə olunub. "Hacılar bunun edə bilməz" kimi tənqidlərin səsləndirilməsi doğru deyil. Çünki kolbasa və sosis yemək hər kəsin haqqıdır. Ona görə də, burada təəccüblü və tənqid olunası bir məqam görmürəm. Təbii ki, donuz əti haramdır, ancaq bizdə istehsal olunan kolbasa və sosislərə qatılmırsa, bunu reklam etmək və ya yemək niyə haram olsun ki? Din adamlarının da haqqıdır ki, halal yolla düzəldilmiş kolbasa və sosislərdən istifadə etsinlər. Buna Türkiyədə də, Səudiyyə Ərəbistanın da və ya dünyanın digər müsəlman ölkələrində rast gəlmək mümkündür". 

Xəbərlər