Cəmiyyət, Siyasət 15 İyul 2022, 16:13 | Baxış sayı: 164
Deputatlar quru sərhədlərinin açılmaması ilə bağlı nə düşünür?

"Meclis.info" deputatların quru sərhədinin açılmaması ilə bağlı səsləndirdikləri fikirlərini təqdim edir:

Qeyd edək ki, bu monitorinq 2022-ci ilin may ayının 1-indən 15 iyula kimi deputatların müxtəlif media orqanlarına verdiyi müsahibələrə əsasən aparılıb.


Quru yolların açılmasına müəyyən dərəcədə ehtiyac var. Amma, epidemioloji vəziyyət ciddi nəzərə alınmalıdır.
Cavid Osmanov (2 may)

Nəzarətli formada sərhədləri açmaq olar.
Fazil Mustafa (10 may)

Sərhədi tam qapatmaq yox, yarıaçıq rejimə də keçirmək olar.
Musa Quliyev (12 may)

Tələsik quru sərhədləri açmağa ehtiyac yoxdur, pandemiya bitməyib.
Fəzail Ağamalı (26 may)

Vaxtı gələndə Operativ Qərargah qərar verəcək və sərhədləri açacaq.
Rüfət Quliyev (7 iyun)

AZAL “maya” qoyub ki, Operativ Qərargah quru sərhədlərini açmasın.
Aqil Abbas (14 iyun)

Quru sərhədlərin bağlı olması vətəndaşların hava yollarından istifadəsinə məcburiyyət yaradır.
Rüfət Quliyev (15 iyun)

Respublikamızda pandemiya ilə bağlı qadağaların çoxu götürülüb. Qonşu ölkələrlə quru sərhədlərimiz də açılmalıdır.
Cavanşir Paşazadə (15 iyun)

Quru sərhədləri açılmalıdır ki, vətəndaşlarımızın gediş-gəlişi asanlaşsın, əziyyət çəkməsinlər.
Elman Məmmədov (16 iyun)

Görünür, hökumət həm təhlükəsizlik baxımından, həm tibbi nöqteyi-nəzərdən quru sərhədlərin açılmasını hələ zəruri hesab etmir.
Siyavuş Novruzov (21 iyun)

Turizmin inkişafı baxımından quru sərhədlərinin açılması çox vacibdir.
Vüqar Bayramov (21 iyun)

Quru sərhədlər açılsa, xəstəxanalar dolub-daşsa, kim məsuliyyət daşıyacaq?
Rüfət Quliyev (22 iyun)

Quru yolla gediş-gəliş üçün hökumət tamamilə olmasa da, yumşaltma prosesinə getməlidir.
Aydın Hüseynov (22 iyun)

Quru sərhədlərinin bağlı qalması dövlətimizin, vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlıdır.
Elman Məmmədov (5 iyul)

Görünür, hansısa ciddi bir səbəb var ki quru sərhədlərin açılması ləngiyir.
Aqil Məmmədov (7 iyul)

Yolların açılması ilə bağlı məsələ qaldırdıq, əksinə qərar verildi.
Fazil Mustafa (8 iyul)

Xəbərlər