Plenar iclaslar 22 İyun 2021, 14:17 | Baxış sayı: 351
Deputat: "Yaxşı olardı ki, büdcəyə yenidən baxaq, pensiya, maaş, sosial müavinəti artıraq".

“Sosial problemləri daha yaxşı həll etmək üçün təklifim budur ki, Milli Məclisdə büdcəyə yenidən baxaq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, neftin qiyməti büdcədə nəzərdə tutulandan xeyli artıb: “Büdcəyə yenidən baxmaq olardı. Nə üçün hökumət buna getmir? Milli Məclisə niyə təklif vermir? Yaxşı olardı ki, büdcəyə yenidən baxaq, pensiya, maaş, sosial müavinəti artıraq. Neftin qiyməti artıb. Mən bu təkliflərlə çıxış edirəm, mənə diletant deyirlər. Kompleks məsələlərin islahatlar çərçivəsində həllinə tərəfdaram. Büdcəyə yenidən baxılsa, artımlar olsa, yaxşı olar”.

Xəbərlər