Deputat şəhid ailələrinə dəstəkdən danışdı.
Ümumi
2 Aprel 2021, 18:10 | Baxış sayı:
401
“Şəhid ailələri və qazilərlə bağlı məsələ dövlət başçımızın daim diqqət mərkəzindədir. Həmin şəxslərə evlər verilir, onların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı işlər görülür ”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də şəhid və qazi ailələrinə hərtərəfli dəstək siyasəti həyata keçirilir: “Şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə hərtərəfli dəstək verilməsi bu gün dövlət siyasətinin əsas prioritetlərindəndir”.