Plenar iclaslar 25 İyun 2021, 16:54 | Baxış sayı: 246
Deputat: “Mən məhkəmələrdən narazıyam”.

“Mən məhkəmələrdən narazıyam”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin müzakirəsində millət vəkili Razi Nurullayev bildirib.

R. Nurullayev məhkəmə qərarlarının icra olunmadığını bildirir: “İnsanlar qapı-qapı gəzirlər. Məhkəmələrlə bağlı sürücümə gizli audio, video materiallar verilir. Mənim əlimlə kimisə gizli vura bilməzlər. Mən Baş prokurorla görüşmək üçün müraciət edəcəm. Məhkəmələr ibtidai istintaqda yarımçıq göndərilən işlərə əsaslanıb qərarlar verməməlidirlər. İttihamçı ibtidai istintaqdan gələn işi elə olduğu kimi müdafiə etməməlidir”.

Xəbərlər