Deputat: "Məhkəmənin çıxardığı hökm yaxud qətnamə ədalətli və qanuni olmalıdır".
Plenar iclaslar
21 May 2021, 15:35 | Baxış sayı:
366
“Bizim Məcəllələrdə iki mühüm cəhət var”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ziyafət Əsgərov deyib.
Deputat bildirib ki, məhkəmənin çıxardığı hökm yaxud qətnamə ədalətli və qanuni olmalıdır: “Bizdə isə hökm bəzən qanuni olur, ədalətli olmur, bəzən də əksinə. Mən deyirəm ki, bizim hakimlər mütaliəni artırsınlar. Çünki biz hazırda Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasına daxilik. AHİM İnsan hüquqları və azadlıqları ilə bağlı konvensiyanı əsas götürür. Ona görə mütaliə əsasdır”.