Plenar iclaslar 21 May 2021, 12:52 | Baxış sayı: 330
Deputat: "Biz bu qətnaməyə münasibətimizi kəskin şəkildə qoymalı, buna adi sənəd kimi yanaşmamalıyıq. Ortada sənəd var".

“Müxtəlif səbəblərdən dünyada miqrasiya prosesi genişlənməkdədir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, miqrantların ölkəyə daxil olması aydındır: “Əsas məsələ daxili miqrantların müəyyən olunması və Azərbaycandan digər ölkələrə gedən miqrantların sayının dəqiqləşdirilməsidir. Bu problemlə seçki prosesində rastlaşırıq. Seçici siyahısı ilə mövcud insanlar uyğun gəlmir. Ona görə də səfirliklər, yerli qeydiyyat idarələri bununla bağlı siyahı hazırlamalıdır. Məsələn, bələdiyyə seçkilərində belə tələb var ki, 6 ay bir yerdə yaşayan insan səsvermə hüququna malikdir. Beynəlxalq konvensiyaların qərarlarına uyğun biz bunu nəzərə almalıyıq”.

Deputat Avropa Parlamentinin “hərbi əsirlər”lə bağlı qəbul etdiyi qətnaməyə də münasibət bildirib: “Biz bu qətnaməyə münasibətimizi kəskin şəkildə qoymalı, buna adi sənəd kimi yanaşmamalıyıq. Ortada sənəd var. Hansısa deputatın çıxışı daxili auditoriya üçündür. Amma xarici auditoriya üçün MM-in çox sərt bəyanatı olmalıdır. Etiraz edilməlidir ki, Avropa İttifaqının üzvü olmayan bir ölkə ilə bağlı hansı haqla qərar qəbul edirlər? Onda biz də Fransada hicaba qoyulan qadağa ilə bağlı, qondarma “erməni soyqırımı” iddialarına qarşı qətnamə qəbul edək, yayaq”.

Xəbərlər