“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişikliklər
Daşınmaz əmlakla əlaqədar xidmət haqları tutulan xidmətlərin sayı artırılır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 29-da keçirilən iclası zamanı müzakirəyə çıxarılan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əssən, aşağıdakı xidmətlərə görə xidmət haqlarının tutulmasının hüquqi əsasları müəyyən edilir:
- daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması;
- daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi;
- daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi;
- sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi;
- torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi.
Qanunda “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən, ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün dövlət rüsumu” maddəsinin adının “Ödənişlər” olaraq dəyişdirilməsi də təklif edilir.
Mənbə: apa.az