Ümumi 29 Dekabr 2022, 17:50 | Baxış sayı: 153
“Çovdarovun əmlaklarının geri qaytarılması mənim üçün də bir az qaranlıq məsələ oldu”

“Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun əmlaklarının geri qaytarılması, sözün açığı, mənim üçün də bir az qaranlıq məsələ oldu. Ola bilsin, qanunla onun üzərinə qoyulan əmlakın, cərimənin, yaxud vurduğu ziyanın həcmi pul müqabilində ödənilib. Nəticədə əmlaklarından vəsait götürülüb. Çünki o əmlaklar Çovdarovun öz adına yox, yəqin ki, övladlarının yaxud yaxınlarının adına olub. Məhkəmə də bunu əsas götürə bilər. Öz adına olsaydı, yəqin, bu, baş verməzdi…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

“Çovdarov dəyən ziyanı ödəyibsə, yaxud onun fəaliyyəti nəticəsində zərərçəkən sahibkarların da zərərləri ödənilibsə, razı qalıblarsa, məhkəmə bunun əsasında qərar verə bilər. Amma hələlik bizə məlum olan budur ki, məhkəmə Çovdarovun əmlakları üzərindən həbsi götürüb. Bundan sonrakı açıqlamalar maraqlıdır ki, nəyin əsasında belə bir qərar verilib…”, - deputat bildirib.

Xəbərlər