Siyasət 16 Mart 2023, 13:06 | Baxış sayı: 102
“Cənab ermənilər, illüziyalardan oyanın”

“Erməni “natiq” deyir ki, Azərbaycanın əhəmiyyəti şişirdilir, çünki onun neft və qaz ehtiyatları azdır. Eyni zamanda, Əfqanıstanda hərbi əməliyyatın başa çatması ilə əlaqədar ölkəmizin ABŞ və NATO üçün tranzit rolunu itirdiyini və mühüm tərəfdaş olmaqdan çıxdığını bildirib.

Bu cür tezislər üzərində fərziyyələr irəli sürən siyasətçilər, analitiklər və media yanlış nəticəyə gəlir ki, “Azərbaycan avtoritarizmindən” fərqli olaraq “erməni demokratiyası” indi kollektiv Qərbdən prioritet dəstək almalıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Rasim Musabəyov sosial şəbəkə hesabında yazıb.

 

“Nədənsə Ermənistanın Rusiya ilə hərbi-siyasi blokda (KTMT) və iqtisadi ittifaqda (Avrasiya İqtisadi Birliyi) qalması faktını Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra da ortaya qoyurlar. Anlayın ki, sizin Azərbaycana qarşı iddialarınız və davranışlarınız Moskvanın Ukraynadakı hərəkətlərindən çox da fərqlənmir”, - deyə deputat əlavə edib.

Rasim Musabəyovun sözlərinə görə, erməni siyasətçiləri, analitikləri, mediası beynəlxalq ictimaiyyətin Azərbaycan ərazisinin az qala 20 faizinin işğalına və etnik təmizləməyə laqeyd münasibət göstərməsinə öyrəşib:

“Rusiyanın müttəfiqi olan və İranla şübhəli əlaqələrdə ittiham olunan Ermənistan, buna baxmayaraq, ABŞ və Aİ-dən adambaşına ən səxavətli iqtisadi yardımı alıb. Bunu separatizmi, postsovet məkanında dövlətlərin ərazi bütövlüyünün pozulmasını pisləyən qətnamələrdən çıxarmağa çalışıblar. Ancaq Ermənistanı qınamamaq başqa, onun əvəzinə döyüşmək başqa. Ermənistanı dəstəkləyən dövlətlərin heç biri, o cümlədən Rusiya və KTMT ölkələri buna hazır deyil və istəmir”.

Deputat Azərbaycanın dünya üçün əhəmiyyətinə də diqqət çəkib:

“Rusiyaya qarşı sanksiyalar fonunda enerji resurslarımıza tələbat nəinki azalmayıb, əksinə, xeyli artıb. Avropanın Rusiya marşrutlarından istifadə etməkdən imtina etdiyi bir şəraitdə Xəzər dənizini Qara dənizlə birləşdirən Azərbaycanın yaratdığı nəqliyyat infrastrukturuna da maraq artıb.
Odur ki, cənab ermənilər, illüziyalarınızı buraxın və reallığa təslim olub, davranışlarınızı beynəlxalq hüquq normaları və öz məhdud imkanlarınızla uyğunlaşdırın”.

Mənbə: bizim.media

Xəbərlər