"Bəzi yalançı konsepsiyalara yenidən baxmaq lazımdır"
Plenar iclaslar
26 Dekabr 2023, 14:36 | Baxış sayı:
220
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı tariximiz, mədəniyyətimiz və bizim üçün unudulan bəzi yalançı konsepsiyalara yenidən baxmağın lazım olduğunu vurğulayıb.
O, parlamentin dekabrın 26-da keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, bu məsələlərə yalnız şifahi formada yox, ciddi addımlar atılmalı, bədii filmlər çəkilməlidir.
“Difai hərəkatı barədə filmin çəkilməsi üçün təxminən 12 il əvvəl Mədəniyyət Nazirliyinə ssenari vermişdim. Deyəsən heç bunun mənasını da başa düşmədilər. Bilmədilər ki, difai nədir, fədai nədir və bu kimi film kimə lazımdır?!”, - deputat vurğulayıb.
report.az