Cəmiyyət 12 May 2021, 11:28 | Baxış sayı: 291
“Bəzi televiziya rəhbərləri özlərini doğrultmurlar".

Bu sözləri millət vəkili, təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, ölkədə telekanallar səviyyəsizliyə görə bir-birilərinə bənzəyirlər. Dünyada isə səviyyə uğrunda rəqabət gedir:

Millət vəkili maliyyə sıxıntısı olduğu haqda məlumatlar gəzən bəzi kanalların birləşməsini təklif edib:

"Televiziyalarda islahatlar aparılmalıdır. Kanalı dəyişməkdən qorxuruq. Qorxuruq ki, hansısa başqa bir bayağı və şit verilişə urcah olacağıq. Ölkədə telekanallar səviyyəsizliyə görə bir-birilərinə bənzəyirlər. Dünyada isə səviyyə uğrunda rəqabət gedir. Televiziya rəhbərləri özlərini doğrultmurlar. Bəlkə kanalları birləşdirməklə nəyəsə nail olmaq mümkündür? Məsələn “Lider”lə Space”- nin nə fərqi var? Birləşsələr, nə baş verər? AzTV-dəki neoavtoritar idarəçilik heç Sovet vaxtında olmayıb. Televiziyaların ictimai rəyə təsiri sıfıra bərabərdir. Süni davranışlar, savadsızlığın nümayişi, yekəxanalıq artıq normaya çevrilib. Maarifçilik, elm və təhsil, kino və sənətin digər növləri barədə dişə vurulası bir veriliş belə yoxdur. Bu ambisiyalı və inkarçı adamlardan bundan sonra da belə verilişləri gözləməyə dəyməz. Çünki təfəkkür anidən dəyişən kateqoriya deyil. Vaqif Mustafayev nümunəsini götürək. Televiziya hər gün bataqlığa qərq olurdu. Mustafayev getdi, lakin televiziyanı bataqlıqdan çıxarmağın yolları axtarılır. “Lider” də belədir. Baxıram ki, “Xəzər” də Bəşir Səfəroğlu demişkən, yavaş-yavaş bataqlığa yaxınlaşır".

Xəbərlər