Cəmiyyət 17 Oktyabr 2022, 13:03 | Baxış sayı: 138
“Bəzi internet televiziyaları, o cümlədən qəzetlər də “Soros”dan dolayı yolla maliyyələşirlər”

“Azərbaycanda “Soros” şəbəkəsinin hərəkətə keçməsi cəhdləri dəfələrlə olub. Dolayısı ilə bu hərəkatın yerli ofisinin açılmasını, ayrı-ayrı şəxslərin maliyyələşməsini həyata keçirirlər. “Anti-milli şura” deyilən qurumun nümayəndələri qeyri-hökumət təşkilatları yaradaraq ”Soros”dan dəstək alırlar. Bəzi informasiya mənbələri - internet televiziyaları, o cümlədən, qəzetlər “Soros”dan dolayı yolla maliyyələşirlər. Yəni bu şəbəkənin müxtəlif qolları Azərbaycanda var. Bilavasitə “anti-milli şura”ya və onların yaratdıqları QHT-lərə bağlıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

 

“Xaricdə oturub anti-Azərbaycan təbliğatı aparan, istər ABŞ-da, istər Avropada oturub “Soros”dan, ermənidən vəsait alaraq Azərbaycandakı insanları təhqir edən, etikadan kənar sözlər yazan, Azərbaycanın dövlət başçısına, dövlət nümayəndələrinə, deputatlarına, din xadimlərinə, mədəniyyət işçilərinə,  Azərbaycanın bütün mənəvi dəyərlərinə qarşı təbliğat aparan insanlar Soros Fondu tərəfindən maliyyələşdirilir. Təbii ki, onların Ermənistanda, Gürcüstanda şəbəkələri çox böyükdür. Gürcüstandakı şəbəkəsi vasitəsilə Azərbaycana da dolayısı ilə maliyyə vəsaitləri göndərilir. Dövlətimizin aidiyyatı orqanları ciddi şəkildə bununla məşğuldurlar. Onların Azərbaycanda hər hansı cəhdləri nəticə verməyəcək. İstəyirlər ki, öz adamlarını dövlət strukturlarına yerləşdirsinlər, ayrı-ayrı böyük strukturlarda öz adamları olsun, lakin bunun qarşısı lazımi formada alınır və alınacaq”, - deputat bildirib.

Xəbərlər