Cəmiyyət 21 Fevral 2023, 12:29 | Baxış sayı: 122
“Bəxtiyar Hacıyevin mübarizə metodları və davranışlarını doğru saymıram, canına qəsd etməsin…”

“Aclıq aksiyası da etiraz metodlarından biridir. Bəxtiyar Hacıyevin də aksiya keçirmək haqqı var. Bununla yanaşı, bu aksiyanın effekt verəcəyi düşüncəsində deyiləm. Yaxşı olar ki, öz canına qəsd etməsin. Bu günə qədər ölkəmizdə keçirilən aclıq aksiyaları məqsədinə çatmayıb. Həm də aclıq aksiyaları əvvəlki qədər ajiotaj və təsir yaratmır…”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Razi Nurullayev həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin 45 gündür, aclıq aksiyası keçirməsinə münasibət bildirərkən deyib.

 

“Ümumiyyətlə, açığını deyim ki, Bəxtiyar bəyin mübarizə metodları və davranışlarını doğru saymıram. Öz enerjisini və təcrübəsini daha faydalı işlərə sərf etsəydi, həm özü üçün, həm də xalqımız üçün daha faydalı olardı. Mən ona tezliklə azadlıq arzulayıram…”, - deputat bildirib.

Xəbərlər