Siyasət 5 May 2023, 16:53 | Baxış sayı: 119
"Bütün türk xalqı Ərdoğanı dəstəkləyəcək"

"Son 20 ildə Türkiyə böyük inkişaf yolu keçib. Bu dövrdə Türkiyənin sosial-infrastrukturu 3 dəfəyə qədər genişlənib. Elm, kənd təsərrüfatı və hərbi sənayesi dəfələrlə artıb". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

Deputat qeyd edib ki, bu gün dünya ölkələri sırasında söz sahibi olan güclü Türkiyə də var:

"Türkiyə yeni dünya nizamının formalaşmasında xüsusi rola malikdir. Dünyada baş verən münaqişələri Türkiyənin iştirakı olmadan həll etmək mümkün deyil. Bu qazanılmış uğurların davam etməsi, təbii fəlakətlərin vurduğu fəsadları aradan qaldırılması, ölkədaxili iqtisadiyyatında yaranmış müvəqqəti böhrandan xilası üçün bütün türk xalqı iqtidarda olan Ərdoğan hakimiyyətini dəstəkləyəcək. 

Bu gün Azərbaycanda yaşayan və seçmək hüququ olan türklər səfirlikdə səs verməyə başlayıb. Hesab edirəm ki, qarşıdan gələn seçkilərdə müdrik türk xalqı Türkiyənin gələcəyinə səs verməklə, qazanılmış uğurların davam etdirilməsini dəstəkləyəcəklər".
 

Xəbərlər