Siyasət 15 May 2023, 16:06 | Baxış sayı: 98
"Bütün Türk dünyası Ərdoğanın prezident seçilməsi üçün dua etməlidir"

"Çox istərdik ki, Rəcəb Tayyib Ərdoğan elə  birinci turda qalib olsun. Çünki Rəcəb Tayyib Ərdoğan son 20 ildən artıq bir müddətdə Türkiyəni inkişaf etdirən, dirçəldən rəhbərdir. Eyni zamanda, Ərdoğan Türk dünyasını yenidən birləşdirən, Türkdilli dövlətlərin təşkilatının yaradılmasına böyük töhfələr verən liderdir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. 

Deputat bildirib ki, ötən illər ərzində Türkiyədə çox önəmli layihələr həyata keçirilib:

"Bu illər ərzində Azərbaycanla Türkiyə arasında, eyni zamanda başqa türk dövlətləri arasında R.T Ərdoğanın prezident seçilməsi təkcə Türkiyə üçün deyil,  Azərbaycan üçün də, qalan Türkdilli dövlətlər üçün də çox vacibdir. Bölgədə sülhün olması üçün çox vacibdir. 

Kılıçdaroğlu kimisinin hakimiyyətə gəlməsi həm Türkiyə, həm bütün türk dünyası üçün böyük bir problemə çevriləcək. Ərdoğanın əlehyinə görün kimlər çalışır ? Onun əlehinə çalışanlar terroristlər, bölücülərdir. Qərb, ABŞ, Avropa, bunların hamısı CHP-ni dəstəkləyir. Nə üçün? Bunlara Türkiyə üçün elə rəhbər lazımdır ki, bunların dediyilə, iradəsiylə, göstərişiylə hərəkət etsin. Ərdoğan belə lider deyil. Ərdoğan müstəqil siyasət yürüdən liderdir və müstəqil Türkiyəni inkişaf etdirən, gücləndirən liderdir. Buna görə də hesab edirəm ki, bütün Türk dünyası R.T Ərdoğanın yenidən prezident seçilməsi üçün dua etməlidir və edir də".

Xəbərlər