"Büdcədə səhiyyəyə ayrılan maliyyəni artırmalıyıq”.
“İcbari tibbi sığortanın alternativi yoxdur”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, nəyin bahasına olursa-olsun, biz bu sığortanı tətbiq etməliyik: “Yaxın günlərdə büdcə müzakirələrinə başlayacağıq. Büdcədə səhiyyəyə ayrılan maliyyəni artırmalıyıq”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə pensiyaçılar, tələbələr, hamilə qadınlar və s. icbari tibbi sığorta ödəməkdən azad edilib: “1523 xidmət zərfə daxil olmayan pullu xidmətlərdir. Ancaq icbari tibbi sığorta haqqı ödəməkdən azad edilən insanlar gedib özü bu xidmətlərin pulunu ödəməlidir. Amma onların buna imkanı yoxdur. İcbari tibbi sığorta haqqı ödəməkdən azad edilən insanlar üçün bu pullu xidmətlər də pulsuz olmalıdır”.