Siyasət 6 Fevral 2023, 11:58 | Baxış sayı: 196
“Bu hadisə təcavüzdür, terrordur. Buna görə İran cavab verməlidir."

“Dövlət başçısı İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu hadisə baş verən ilk gündən terror adlandırıb. Bunun üçün əldə əsaslı dəlillər, hadisənin videogörüntüləri var”.

 Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

O qeyd edib ki, İran hüquq mühafizə orqanların hadisəyə laqeydliyi, polisin hadisəni məişət zəmnində olmasını iddia etməsi və cinayətkarın hadisənin ilk günündə mediaya müsahibələr verməsi terror aktının planlı olduğunu göstərir: “Bütün faktlar hadisənin məişət zəminində baş vermədiyini təsdiq edir.  İran beynəlxalq hüququ ciddi şəkildə pozub və Azərbaycana qarşı düşmən mövqeyinin göstəricisidir”.

T.Rzayev bildirib ki, Tehrandakı səfirliyimizə olan xain hücum məişət zəmində olan hadisə kimi qələmə vermək mümkün deyil: “Bu hadisə təcavüzdür, terrordur. Buna görə İran cavab verməlidir. Cinyətkara və onun dəstəkləyənlərə ən ağır cəza verilməlidir. Əks halda İran çox şey itərəcək. 

Özünü din qardaşı kimi təqdim edən İran həmişə Ermənistanla həmrəy olduğunu nümayiş etdirib. Ötən əsrin 90-cı illərində ərazilərimiz işğal olunan dövrdə, 44 günlük Vətən müharibəsində və bu günlərdə İran düşmənlərimizə, erməni təcazüvkarlarına dəstək olur, maddi və mənəvi yardım edir. İran daim açıq şəkildə deyirlər ki, “Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir, hər zaman erməni qardaşlarımızın yanında olacağıq”. İran anti-Azərbaycan və anti-Türkiyə siyasəti aparır". 

Xəbərlər