Cəmiyyət 29 Mart 2022, 12:38 | Baxış sayı: 269
"Bu gün Rusiya bütün dünyanın sanksiyaları ilə üz-üzə qalıb və təklənmiş duruma salınıb".

"Hesab edirəm ki, Milli Məclis Rusiya Dövlət Dumasına öz etirazını bildirməli və Mixail Delyaginin Azərbaycandan üzr istəməsini tələb etməlidir".

Modern.az xəbər verir ki, bunu istiqlalçı deputat Vahid Əhmədov rusiyalı deputatın Azərbaycanı təhdid etməsindən danışarkən deyib. O, baş verənlərin bir mərkəzdən idarə olunduğu qənaətindədir:

"Hesab edirəm ki, Milli Məclis Rusiya Dövlət Dumasına öz etirazını bildirməli və Mixail Delyaginin Azərbaycandan üzr istəməsini tələb etməlidir. O, sıravi bir deputat da deyil və komitə sədrinin müavinidir. Ona görə də kimsə "bu onun şəxsi fikridir" deməklə yaxasını kənara çəkə bilməız. Onun bu açıqlaması iki ölkə arasında mürəkkəbi hələ qurumamış müttəfiqlik sazişinə qarşı hörmətsizlikdir və buna görə də cavab verməlidir. Bu gün Rusiya bütün dünyanın sanksiyaları ilə üz-üzə qalıb və təklənmiş duruma salınıb".

Parlamentarinin sözlərinə görə, belə bir həssas dönəmdə yeni dostlar qazanmaq əvəzində dost itirmək, müttəfiqinə qarşı yolverilməz ifadə işlətmək heç rəsmi Moskvanın da işinə yaramaz:

"Amma görünür ki, Ukraynaya müdaxilənin ardından Rusiyada at izi it izinə qarışdığından yeni Jirinovskilər peyda olmağa başlayıb və onlar ermənilərdən aldıqları ianələr hesabına Azərbaycana qarşı yolverilməz ifadələr işlətməyə həvəsləniblər. Onların həvəslərini boğazlarında qoymaq üçün Azərbaycanın kifayət qədər imkanı var və bu cür açıqlamalar əslində Rusiyanın öz quyusunu qazmaqdır. Düşünürəm ki, tezliklə bu deputat haqq etdiyi cəzanı alacaq, daha doğrusu, almalıdır, yoxsa Bakıda belə anlaşılacaq ki, bu, təkcə bir deputatın deyil, Dövlət Dumasındakı çoxluğun fikridir".

Xəbərlər