Ümumi 2 Mart 2023, 19:30 | Baxış sayı: 124
"Bu gün ölkəmiz dəyərli ilahiyyatçısını, biz isə dostumuzu itirdik"

"Bu gün ölkəmiz dəyərli ilahiyyatçısını, biz isə dostumuzu itirdik. Hacı Şahin Həsənli böyük şəxsiyyət idi, Vətənini, dövlətini, xalqını sevirdi".

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisinin sədr müavini Adil Əliyev deyib.

 

A.Əliyev bildirib ki, Hacı Şahin Həsənli şəhid ailələrinə, qazilərə xüsusi ehtiramla yanaşar, hər zaman şəhid tədbirlərində iştirak edərdi: "Xüsusilə gənc nəslin tərbiyəsində Hacı Şahinin rolu danılmaz idi, minlərlə insanımızın yoluna işıq tutmuş, doğru yola yönəltmişdi. Allahdan əziz Hacı Şahinə rəhmət diləyir, ailəsinə və sevənlərə başsağlığı verirəm".

Xəbərlər