Ümumi 18 Yanvar 2023, 15:57 | Baxış sayı: 103
"Boş vaxtımda deputat nişanımı çıxarıb Bakının mərkəzində gəzirəm"

"Nemət Pənahlı 1980-cı illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycanda ən tanınmış adamlardan biri olub. Yəni, tarixə bu formada düşüb".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Rüfət Quliyev deyib. Deputat partiya sədrinin yoqa duruşuna da münasibət bildirib:

"Biz demokratik bir cəmiyyətdə yaşayırıq. İstər adi insan, istərsə də siyasətdə, elmdə aktiv olan insan, yaxud da tanınmış insanın hansısa bir hobbisi ola bilər. Mən onun yoqa duruşuna  normal baxıram. Əgər insan asudə vaxtını bu formada keçirirsə, bu, onun haqqıdır. Misal üçün, mən asudə vaxtımda kitab oxumağı və kinolara baxmağı xoşlayıram. Boş vaxtımda deputat nişanımı çıxarıb Bakının mərkəzində gəzirəm. Yəni, asudə vaxtını kim necə keçirirsə, o, onun öz fikri və haqqıdır. Təki bu addımlar azərbaycançılığa, dövlətin siyasətinə, milli maraqlarımıza zidd olmasın. Qalan məsələlərə mən normal formada baxıram".

Xəbərlər