Siyasət 22 Fevral 2023, 16:10 | Baxış sayı: 121
"Bölgəmizdə yeni "Napoleona" ehtiyac yoxdur, Makron Napoleon ola bilməz"

"Fransa Prezidenti Emmanuel Makronun çıxışında neokolonialist fikirlər sezilir. Onlar Ermənistan vasitəsilə yeni imperiya qurmaq fikrindədirlər".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Deputat bildirib ki, Rusiya məğlub olduqdan sonra rəsmi Paris Cənubi Qafqazda  hökmranlığını qurmağı planlaşdırır:
“Təhlükəli tendensiyalar göstərir ki, Fransa tərəf olduğu üçün danışıqlar prosesində iştirak edə bilməz. Fransanın siyasətini diqqətlə izləmək lazımdır.
Onların ambisiyalarını məhdudlaşdırmaqdan ötrü Azərbaycanın müttəfiqləri ilə əməkdaşlıq edərək planları pozmalıdır. 
 
Bölgəmizdə yeni "Napoleona" (red.Fransa imperatoru Napoleon Bonapart, 1769-1821) ehtiyac yoxdur. Makron Napoleon ola bilməz".
 
Qeyd edək ki, E.Makronun Münhen Təhlükəsizlik Konfransındakı çıxışı diqqət çəkib. Çıxışının əsas hissəsini Rusiyaya qarşı quran Makron Ermənistana açıq dəstək ifadə edib. Ermənistanın yanında dayanmağa davam edəcəklərini bildirib.

Xəbərlər