Siyasət 18 Avqust 2023, 13:24 | Baxış sayı: 226
"BMT TŞ iclasında Ermənistan məqsədlərinə nail olmadı"

"BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistan öz məqsədlərinə nail olmadı. Ermənilər və onların havadarları ölkəmizə qarşı sənəd qəbul olunmasına çalışsa da, bu, baş vermədi. Bu, Azərbaycanın növbəti diplomatik qələbəsidir".

Bunu  açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, iclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışı riyakarlığın göstəricisidir: “Belə ki, Mirzoyan guya Qarabağ ermənilərinin humanitar böhranla, aclıqla üzləşdiyini deyib, hətta Azərbaycanın həmin erməniləri genosidə məruz qoyduğunu iddia edib. Bu sözləri Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, həmin torpaqlarda hər şeyi məhv edən, şəhər və kəndlərimizi yer üzündən silən, Xocalı soyqırımını törədən bir dövlətin naziri deyir. Bu əsl erməni xisləti, erməni riyakarlığının ən yüksək həddidir. Ermənistan 30 il ərzində xalqımıza qarşı saysız hesabsız cinayətlər törədib. 4 minə qədər azərbaycanlının taleyi haqqında hələ də məlumat vermir. Bugünlərdə Şuşa həbsxanası ərazisində növbəti kütləvi məzarlıqların aşkar olunması da erməni vəhşiliyinin nümunəsidir. Ermənistan ərazilərimizdə bir milyondan çox mina basdırıb ki, bu terrorun acı nəticələri hələ də davam edir. Bu fakt keçmiş məcburi köçkünlərin doğma yurdlarına daha tez qayıtmasına əsas maneələrdən biridir”.

Deputatın sözlərinə görə, iclasda Azərbaycanın BMT-də daimi nümayəndəsi, səfir Yaşar Əliyev qarşı tərəfin yalan iddialarını tutarlı faktlarla ifşa etdi: “Xüsusilə, Qarabağ ermənilərinin normal həyat tərzi, sosial şəbəkələr vasitəsilə paylaşdıqları normal yaşayışlarını foto faktlarla iclas iştirakçılarının diqqətinə çatdırılıb”.

Fatma Yıldırım qeyd edib ki, iclasda qardaş Türkiyə, Albaniya və digər bəzi dövlətlər Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Fransa kimi ermənipərəstlərin yalan təbliğatı isə heç bir nəticə verməyib.

Bütün beynəlxalq təşkilatlar və ölkələr anlamalıdır ki, Laçın yolunda post yaradılması dövlətimizin müstəsna hüququdur. Azərbaycan humanitar məqsədlər üçün Ağdam - Xankəndi yolunu təklif edir. Bu təklif beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Qarabağa humanitar yardım aparmaq istəyənlər bu yoldan istifadə edə bilər. Burada heç bir problem yoxdur. Əgər erməni tərəfi yenə də təxribatlarını, ölkəmizə qarşı böhtan kampaniyası aparmaqda davam etsələr, həmişəki kimi layiqli cavablarını alacaq”.

APA

Xəbərlər