Ümumi 24 Mart 2023, 18:42 | Baxış sayı: 100
“Bloqer senzurasızlıqdan və nəzarətsizlikdən istifadə edib istənilən məsələyə, bir çox hallarda qərəzli münasibət sərgiləyir”

“Facebook” ünsiyyət vasitəsi deyil, fərqlənmək şansıdır. Başqalarından geri qalmamaq mərəzidir. “Facebook”un ən aktiv iştirakçıları bundan “sosial müşahidə” kimi istifadə edirlər. İnformasiya cəmiyyətində qəzetləri “Facebook” səhifələri, ənənəvi televiziyaları isə İnternet televiziyalar əvəz edir.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

 

“İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fridrix fon Hayekin 1972-ci ildə yazdığı "Azadlığın konstitusiyası" kitabından: “Biz texnoloji imkanların inkişafının şüurumuzun üzərində nəzarəti epoxasının astanasındayıq.” Yaşadığımız İnformasiya cəmiyyətində bizim bütün həyatımız İnternetin ətrafında cərəyan edir. Jurnalistlər, ekspertlər internetin təkamülü prosesinin bir mərhələsində anladılar ki, onların yerini bloqerlər tutublar. Jurnalist olmaq üçün ali məktəb bitirmək, analitik düşünmək, oçerklər yazmaq, təhlillər aparmaq lazımdır. Bloqer üçün bunların heç biri vacib deyil. O, özü-özünü elan edir. Başqa sözlə, özü-özünün ağasıdır. O senzurasızlıqdan və nəzarətsizlikdən istifadə edib istənilən məsələyə, bir çox hallarda irrasional, subyektiv, qərəzli münasibət sərgiləyir. Burada ona ruh verən, hətta şəxsiyyəti qeyri-müəyyən qalan “şəxslərin” “bəyənmə” işarəsi qoymasıdır.  2012-ci ildə Barak Obama maraqlı bir açıqlama ilə çıxış etdi: “İnternet öz-özlüyündə yaranmayıb. İnterneti alimlər dövlətin sifarişi əsasında yaradıblar. İndi isə dövlətin nəzarətindən çıxıb."  Bəli, internet, “WhatsApp”dan istifadə ölkələrə fərqli həyatı yaşatdı. Tanınmış sosioloqlardan birinin fikridir: “İnternet Kolumbiya, Afrika ölkələrində narkomaniya, adam oğurluğunu artırdı, Skandinaviya ölkələrində isə Rifah dövlətin güclənməsinə səbəb oldu.” Milyarderlər, Bill Geyts və Stiv Cobs uşaqlarına 14-15 yaşına qədər “iPhone”dan istifadəyə qadağa qoyublar. Apple kompaniyasının baş direktoru Tim Kuk bu yaxınlarda bildirib ki, bütün qohumlarına sosial şəbəkələrdən istifadəyə qadağa qoyub”, - E.Əliyev qeyd edib.

Xəbərlər