Siyasət 2 Mart 2023, 20:06 | Baxış sayı: 123
"Bizim nə Qərb, nə də Rusiya vasitəçilərinə ehtiyacımız yoxdur"

"Ermənistan və ona himayə edən "dövlətlər"dən hələ çox çağırış eşidəcəyik". 

Demokrat.az 
xəbər verir ki, bu fikirləri Milli Məclisinin üzvü Rasim Musabəyov deyib.

Deputat hesab edir ki, Azərbaycanın cavab verməyə konkret faktı və öz təşəbbüsü var:

"Biz Qarabağda öz vətəndaşlığını bərpa etməyə hazırlaşan şəxslərin nümayəndələri ilə görüşüb konkret məsələləri müzakirə edirik. Ümumiyyətlə, rus sülhməramlıları bu ünsiyyəti istəmirdilər. Onlar deyirdilər ki, bütün məsələləri bizim vasitəmizlə həll edin. Yəni, gəlin istəyinizi bizə deyin. Sizin istəyinizi onlara, onların istəyini də sizə çatdıracağıq. Biz nümayiş etdirdik ki, bu məsələlərdə vasitəçiyə ehtiyacımız yoxdur.  Yəni, bizim nə Qərb, nə də Rusiya vasitəçilərinə ehtiyacımız yoxdur. Sadəcə, görüş yeri indi Rusiyanın Xocalıdakı qərargahında keçirilir. Amma bunun gələcəkdə davamı Rusiyanın hərbi nümayəndəsinin iştirakı olmadan Xankəndidə, Şuşada ola bilər".
 

Xəbərlər