Cəmiyyət 27 Avqust 2021, 15:02 | Baxış sayı: 272
"Bizim müddətdən artıq xidmət edən MAXE-miz Gəncədəki xəstəxanadan çıxıb Ağdərəyə gedib. Ağdərə Azərbaycan ərazisidir, yaxşı eləyib gedib, insandır da".

“Biz torpaqlarımızda təxribat törədən erməni terrorçularını buraxdıq. Yalançı bir xəritəyə görə onları azad etdik. Hansı ki, ermənilərin bizə verdiyi xəritələr yalandır”.

Bu sözləri Modern.az-a açıqlamasında deputat Aqil Abbas deyib.

Azərbaycan hərbçisinin Rusiya sülhməramlılarının nəzarətində olduğu Ağdərədə erməni separatçıları tərəfindən əsir götürülməsinə münasibət bildirən deputat yaranmış vəziyyətin başadüşülən olmadığını söyləyib:

“Bizim müddətdən artıq xidmət edən MAXE-miz Gəncədəki xəstəxanadan çıxıb Ağdərəyə gedib. Ora necə gedib, bunu bilmirik, haqqında dəqiq bir məlumat yoxdur. Ağdərə Azərbaycan ərazisidir, yaxşı eləyib gedib, insandır da. Hər gün mətbuatdan oxuyuruq ki, kimsə azad olunmuş ərazilərə qanunsuz gedib. Həmin şəxsə neçə sutka iş verirlər. O da Ağdərəyə gedib. Hərbçimizi orada qandallayıb, barəsində cinayət işi qaldırıblar. Ən dəhşətlisi odur ki, onların qondarma Milli Təhlükəsizlik Xidməti deyir ki, həmin hərbçi guya “Arsax”ın sərhəddini keçib. “Arsax”ın sərhəddi var? Bu nə deməkdir?

Rus sülhməramlıları hələ də susur. Onlar nə işə yarayırlar. Ən pisi budur, Müdafiə Nazirliyi deyir ki, onun haqqında cinayət işi qaldırmışıq. Nəyə görə cinayət işi açılır? Xəstəxananı öz başına tərketməyə görə cinayət işi açılır? Yaxud da Azərbaycanın hansısa bölgəsinə gedənlərə cinayət işi qaldırırlar?

Bundan başqa, rus sülhməramlılarının qarşısında ciddi məsələlər qoyulmalıdır, ultimatium verilməlidir. Ya işinizi görün, ya da çıxın gedin”.

Deputatın fikrincə, Azərbaycan hərbçinin geri qaytarılmasını tələb etməlidir:

“Qaytarmasalar gedib onu azad etməlidirlər, Ağdərə öz ərazimizdir. Saxlanılan şəxs bizim vətəndaşımızdır. Müdafiə Nazirliyi belə çıxış etməli deyil ki, onun haqqında cinayət işi qaldırmışıq, vallah ayıbdır”.

 

Ağdərəyə gedən Azərbaycan əsgərinin saxlanılması haqqında isə deputat Fazil Mustafa "Bizimyol"a bunları deyib:

“Özgə dövlətin ərazisinə getməyib ki, öz ölkəsinin ərazisidir. Ən böyük cinayət, tərbiyəsizlik onu orda tutub girov saxlamaqdır. Cəmil Babayev təcili Azərbaycan tərəfinə təhvil verilməlidir.”

Deputat qeyd edib ki, Azərbaycan tərəfinin belə bir tələblə çıxış etməsinə də ehtiyac yoxdur: “Bizimkilər də onlardan 10 nəfəri ələ keçirsinilər, sonra başlayacaqlar yalvarmağa. Onların nə həddinədir ki, bizim əsgəri öz ölkəmizdə əsir götürsünlər. Sülhməramlılar məsələyə qarışıb həmin əsgəri Azərbaycan silahlı qüvvələrinə təhvil verməlidir”.

“Özgə dövlətin ərazisinə getməyib ki, öz ölkəsinin ərazisidir. Ən böyük cinayət, tərbiyəsizlik onu orda tutub girov saxlamaqdır. Cəmil Babayev təcili Azərbaycan tərəfinə təhvil verilməlidir”,- deyə F.Mustafa bildirib.

Deputat qeyd edib ki, Azərbaycan tərəfinin belə bir tələblə çıxış etməsinə də ehtiyac yoxdur: “Bizimkilər də onlardan 10 nəfəri ələ keçirsinilər, sonra başlayacaqlar yalvarmağa. Onların nə həddinədir ki, bizim əsgəri öz ölkəmizdə əsir götürsünlər. Sülhməramlılar məsələyə qarışıb həmin əsgəri Azərbaycan silahlı qüvvələrinə təhvil verməlidir”.

Onun sözlərinə görə, bu hadisə bir zamanlar Dilqəm Əsgər və Şahbaz Quliyevlə bağlı yaradılan “şou”nu xatırladır: “Bu şəxs öz ölkəsində olub, Ermənistanda yox. Dərhal qaytarılmalı və “şou” göstərilməməlidir”.

Deputat ötən gün Azərbaycan sərhədçisinə Ermənistan hərbçiləri tərəfindən olan hücum və Gorus-Qafan yolunun bağlanması məsələsini də şərh edib: “Bizim xüsusi təyinatlılar da onlardan 10 nəfəri ələ keçirsinlər, ya da vursunlar, ağılları başlarına gəlsin. Nə qədər təxribat törətmək olar? İstəyirlər ki, Azərbaycan hərbi əməliyyatlara başlasın, ondan sonra da dünyaya Azərbaycanın aqressor olduğu haqda car çəksinlər. Üçtərəfli bəyanatda Gorus-Qafan yolu ilə bağlı heç nə yoxdur. Ermənistan tərəfi öz üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, Azərbaycan tərəfi də güzəştə gedərək, Gorus-Qafan yolunu açar”.

Xəbərlər