Cəmiyyət 14 Fevral 2023, 17:10 | Baxış sayı: 111
“Bizdə tikinti sahəsinə inam olmasaydı, son illərdə tikilmiş yüz minlərlə mənzillər tikinti başa çatmamış satılmazdı”

“Azərbaycanda tikinti sahəsinə inam var. Olmasaydı, son illərdə tikilmiş yüz minlərlə mənzillər tikinti başa çatmamış satılmazdı. Hətta bünövrəsi atılmış binalarda mənzillərin satılması məsələsi dəbə minmişdi. Sadəcə, Türkiyədə baş verən güclü zəlzələ insanlarımızın həyəcanlanmasına, onlarda qorxu hissinin yaranamsına səbəb oldu”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

“İndi əksəriyyəti düşündürən bir sual var, Bakıda zəlzələ baş versə, binalar duruş gətirə biləcəkmi? Əvvəlcə Allahdan arzu edirəm ki, Bakıda heç vaxt zəlzələ baş verməsin. Bununla yanaşı, zəlzələnin baş verməsini və nəticənin necə olacağını gözləməli deyilik. Ona görə də yeni tikilmiş binaların möhkəmliyi bir daha təftiş olunmalı və müvafiq qurum aydınlıq gətirərək insanları bu psixoloji durumdan azad etməlidir”, - deputat bildirib.

Xəbərlər