Plenar iclaslar, Qanun Layihələri 5 Aprel 2022, 17:01 | Baxış sayı: 296
“Biz ətrafa radiasiya saçan bu gölləri görəndə anlayırıq ki, ətraf mühitin bərpası üçün böyük işlər görməliyik".

“Bu cür layihələr gələcəkdə Azərbaycan şirkətlərinin dünya neft şirkətlərində işə cəlb olunması üçün mühüm təcrübədir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Asim Mollazadə deyib.

Deputat bildirib ki, uzun illərdir Azərbaycanda istismar olunan neft yataqları ətraf mühitə böyük zərbə vurur. O, köhnə neft yataqları ətrafındakı göllər radiasiya mənbəyi olduğunu vurğulayıb: “Biz ətrafa radiasiya saçan bu gölləri görəndə anlayırıq ki, ətraf mühitin bərpası üçün böyük işlər görməliyik. Sovet dövründə bu istiqamətdə işlər görülməyib. Köhnə quyularda istifadə olunan sular çox təhlükəlidir. Buzovna, Zirə gələcəkdə Azərbaycanın kurort zonalarıdır. Ona görə istərdim ki, bu saziş üzərində hər zaman diqqət olsun. Bu diqqət həmin ərazilərdə ətraf mühitin qorunması ilə də bağlı olmalıdır”.

Xəbərlər