“Biz Demokratik Cümhuriyyətin varisi kimi o əraziyə iddiaçı olmalıyıq”
Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Milli Məclisdəki dinləmələrdə Qərbi Azərbaycanla bağlı tarixi faktları sadalayıb və konkret təkliflərlə çıxış edib.
Deputat QAİ ilə Prezident Administrasiyası, həmçinin Milli Məclisin əməkdaşlığını Qərbi Azərbaycana qayıdışımızı sürətləndirəcək mühüm amil kimi qiymətləndirib.
Onun sözlərinə görə, ölkə Prezidentinin QAİ-nin ofisində dedikləri mühüm tapşırıqları ortaya qoyub.
Deputat qeyd edib ki, min illər boyu Qərbi Azərbaycanda yaşayışımızı təsdiq edən faktlar, sənədlər var, hətta erməni tarixçiləri tərəfindən etiraf olunub. F.Ağamalı vacib bir məsələdən bəhs edib.
Bildirib ki, Azərbaycan de-fakto tanınan zaman indiki Ermənistan ərazisinin 20 faizi Azərbaycan Demokratik Cümhuriyyətinin ərazisi kimi təsdiq olunub:
“Azərbaycan Respublikası Demokratik Cümhuriyyətin hüquqi varisidir. Biz Demokratik Cümhuriyyətin varisi kimi o əraziyə iddiaçı olmalıyıq. Eyni zamanda digər ərazilərdə, 9 min kv km-lik ərazidə də min illər boyu soydaşlarımız yaşayıblar. Bizim hüquqşünas və tarixçilərimiz bu istiqamətdə də fəaliyyətini qurmalıdırlar. Avropa Məhkəməsi məhsəti türklərinin də tarixi torpaqlarına, Gürcüstana qayıtmaq hüququ əldə ediblər. Deməli, biz bu məhkəmənin imkanlarınna bəhrələnə biəlrik. Eyni zamnada Avropa Ədalət Məhkəməsində də soydaşlarımızın ədalətli və ləyqatətli şəkildə öz yurdlarına qayıtmasını təmin edə bilərik. Mən əminəm ki, cənab Prezidentin bəyan etdiyi bütün məsələlər yerinə yetirildiyi kimi, Qərbi Azərbaycana qayıdış məsələsi də həllini tapacaq”.
musavat.com