"Biz 28 May gününü qeyri-iş günü elan edirik, bu gün bizim üçün bir dəyərdir”.
"Biz 28 May gününü qeyri-iş günü elan edirik, bu gün bizim üçün bir dəyərdir”.
Bunu Milli Məclisin bugün keçirilən iclasında Fazil Mustafa deyib.
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü də qeyri-iş günü olmalıdır. “18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün də qeyri-iş günü olması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməlidir. Qeyri-iş günü hesab olunmursa, bunun səbəbi izah edilməlidir”
Deputatlar Əli Məsimli və Sabir Rüstəmxanlı da bu təklifi dəstəkləyib.
Əli Hüseynli 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olmasını təklif edən deputatlara cavab verib:
“Biz komitədə məsələni müzakirə edəndə peşəkar hüquqşünaslar dedi ki, bu, texniki dəyişiklikdir. Amma mən bildirdim ki, bu mövzuda çıxış edənlər, populizm axtaranlar olacaq”.
Ə. Hüseynli bildirib ki, indiyə kimi 18 oktyabra etinasız yanaşma olmayıb: “Burda səsləndirilən fikirlər elə göstərir ki, indiyə kimi 18 oktyabrı qeyd etməmişik. Qeyri-iş günləri həmin günün dəyərini azaltmır. Hansısa bayramın gününü alıb digər bayramı qeyd etmək fikrini qəbul edə bilmərəm. Bu layihə sadəcə texniki xarakter daşıyır, uyğunlaşdırmadır”.
Qeyd edək ki, parlamentin bugünkü iclasında deputatlar Fazil Mustafa, Əli Məsimli və Sabir Rüstəmxanlı 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması təklifi ilə çıxış edib.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.