Cəmiyyət 2 Sentyabr 2022, 18:00 | Baxış sayı: 345
"Bir qadın sükan arxasında açıq-saçıq geyinirsə, biz ona nə deyə bilərik?"

“Avtomobil idarə edərkən elə bir xüsusi geyim olmamalıdır axı. Bir var ki, bədən görünür. Bu, başqa məsələdir, mentalitetimizə uyğun deyil. Bir də normal “mayçnı” köynək, bəlkə ondan geyinibmiş? Məsələn, bir qadın sükan arxasında açıq-saçıq geyinirsə, biz ona nə deyə bilərik? Maşındadır, həyətdə gəzmir ki. Bu, bir az etikadan kənardır. Əlbəttə, insan özü də özünə qiymət qoymalı, normal şəkildə geyinməlidir. Polis deyir ki, sən niyə “mayka” geyinmisən? Bu adam maşındadır da. Bəlkə çimərlikdən gəlir. İnsandır, bəlkə, irad tutur ki, niyə belə geyinmisən? Hər halda polis maşında oturanın geyiminə yox, sənədləri qaydasında olmayanlara, “qırmızı işıq”da keçənlərə irad tuta, cərimə edə bilər. Maşında çılpaq oturmayıb ki, elə deyəsən. Çılpaq olsa, hə. İnsanları aşağılamaq olmaz. “Bunlar pisdir, biz yaxşı” demək düzgün deyil. Bizim cəmiyyətimizdir, azərbaycanlılardır. Millətimizə qiymət qoymaq lazımdır, hamısını qaralamağa öyrənmişik”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Eldar Quliyev Dövlət Yol Polisi əməkdaşının sürücünün geyiminə irad tutmasına görə səslənən tənqidlərə münasibət bildirərkən deyib.

 

“Dövlət Yol Polisi sisteminə savadsız kadrların götürüldüyü fikri ilə tam razı deyiləm. Hamı hamıya elə desə... Hardan bilirlər ki, kim “dvoyşnik” olub, ya “pyatyoroşnik”? Savadı var, ya yoxdur, yanında olublar? Hər sahədə yüksək səviyyədə biliyi olan da var, orta səviyyədə də. Maşın sürən də deyiləm, heç bir çəkinəcəyim də yoxdur. Amma onu bilirəm ki, son illərdə yol polisləri həm tərbiyə, həm savad cəhətdən çox inkişaf ediblər. Gedin, baxın, görün Rusiyada, başqa dövlətlərdə necədir? Onlarda bizdən on dəfə çox belə vəziyyət var. Yenə savadlıları da bizdədir, bacarıqlıları da...” - E.Quliyev qeyd edib. 

Xəbərlər