Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 20:06 | Baxış sayı: 280
Baytarlıq arayışı və baytarlıq pasportunun verilməsi üçün də dövlət rüsumları müəyyənləşib.

Baytarlıq arayışı və baytarlıq pasportunun verilməsi üçün dövlət rüsumları müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Baytarlıq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Rüsumların məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə olacaq. “Dövlət rüsumu haqqında” qanuna əlavə edilən yeni - 18.66.3-cü maddəyə əsasən, baytarlıq arayışının verilməsinə (bir sənəd) görə 5 manat, yeni - 18.66.4-cü maddəyə əsasən, baytarlıq pasportunun verilməsinə (bir sənəd) görə 20 manat dövlət rüsumu tutulacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbərlər