Cəmiyyət 25 Mart 2022, 13:41 | Baxış sayı: 171
“Bayramda tonqalın üstündən tullanmaqla dəhşətli diş ağrısından xilas oldum”.

“Bayramda tonqalın üstündən tullanmaqla dəhşətli diş ağrısından xilas oldum”.

Bunu Milli Məclisin deputatı Elman Nəsirov Novruz bayramı ilə bağlı uşaqlıq xatirələrindən danışarkən deyib:

“Novruz bayramında adət-ənənəyə görə qəbirüstünə gedib şam yandırırıq. Uşaqlıq dövründə Novruzda qəbirüstündə şam yandıranda güclü qar yağması və dəhşətli küləyin şahidi olduq. Yadımdadır ki, bayramda hamı təzə paltar geyinirdi. Amma havanın soyuq olmasına görə təzə paltar geyə bilmədiyimdən əsəbiləşmişdim. Beləcə, köhnə qış paltarlarını geyinməli oldum. Qəbirstanlıqda isə külək, çovğun və qar xeyli müddət bizə şamı yandırmağa imkan vermədi.

Başqa bir tərəfdən, uşaqlıqda bayramda həyətdə tonqal qalayır və üstündən tullanırdıq. Bir dəfə möhkəm dişim ağrıyırdı. Böyüklər dedi ki, tonqalın üstündən tullanıb, “baş ağrım, diş ağrım, hamısı burda qalsın” desən ağırısı kəsəcək. Bu sözə inanaraq, bir neçə dəfə tonqalın üstündən tullandıqdan sonra, dişimin ağrısı da kəsdi. Özüm də inanmadım, hələ də o hislər məni duyğulandırır”.

Mənbə: Bizim.media

Xəbərlər