Ümumi 10 Fevral 2023, 12:13 | Baxış sayı: 101
"Bay və bayan meymunlar, agah olun ki, Milli Məclisin deputatları könüllü şəkildə maaşından əhəmiyyətli məbləği Türkiyəyə yardım üçün göndərib"

“Sosial şəbəkə meymunları yenə də dövriyyəyə girdi. Məsxərə ilə paylaşırlar ki, görəsən millət vəkilləri öz maaşlarını Türkiyəyə yardım üçün göndərdilərmi? Bay və bayan meymunlar, agah olun ki, Milli Məclisin sədrindən başlamış sıravi deputata qədər hamısı könüllü şəkildə maaşından əhəmiyyətli məbləği Türkiyəyə yardım üçün göndərib”. 

“Yeni Sabah” xəbər verir ki, bunu sosial şəbəkədə millət vəkili Fazil Mustafa yazıb.

O, bildirib ki, ayrı-ayrı yardım toplama məntəqələrdə yaşam üçün vacib malları da hazırlayıb təhvil verən xeyli deputatlar var:

“Bunu reklam etmək üçün hər qutunun yanında şəkilmi çəkdirməlidirlər? Türkiyəmizin bu acı günündə hər kəs səmimi şəkildə öz imkanı çatanı etsin, yalandan vətənpərvərlik pozası alıb meymunluq etməyə gərək yox! Bölücülüklə məşğul olmağa nə gərək var? 

Prezidenti də, deputatı da, məmuru da, ziyalısı da, müəllimi də, həkimi də, hətta məktəblisi də Türkiyənin acısını öz canında hiss edir, əlindən gələni əsirgəmir. Bu gün hər bir ləyaqətli azərbaycanlı həqiqətən də Türkiyə ilə nəfəs alır. Bu yersiz hərəkətlərinizi acı, kədərli günlərimizdə bəlkə təxirə salasınız?”.

Xəbərlər