Ümumi 28 Fevral 2023, 11:49 | Baxış sayı: 104
“Başqa ölkədə olmaq bu əməli törədənləri məsuliyyətdən uzaqlaşdıra bilməyəcək”

“Son zamanlar sosial şəbəkələrdə əlinə fürsət düşənlər söyüş və təhqirlərlə dövlətə qarşı guya dırnaqarası müxaliflik edirlər.  Siyasi görüşlərin fərqli olması normaldır. Bütün cəmiyyətlərdə müxtəlif siyasi düşüncələr mövcuddur. Lakin istənilən halda təhqirlər və dövlətin imicinə zərər vuracaq addımlardan qaçılmalıdır. Xüsusilə, xaricdə yaşayan “siyasi aktivistlərin” dövlətimizə qara yaxmaq cəhdləri daha çoxdur. Çünki onlar başqa ölkədə yaşamağın üstünlüklərindən faydalanırlar. Amma gec-tez hər kəs qanun qarşısında cavab verir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat xatırladıb ki, bir müddət əvvəl bəzi sosial şəbəkə platformalarında söyüş və təhqirlərlə məşhurlaşan şəxslər qanuni səviyyədə ölkəyə gətirilib: “İndi həmin şəxslər məhkəmə qarşısında cavab verir. Bildiyiniz kimi, Azərbaycan Cinayət Məcəlləsində KİV-lə yanaşı, internet resurslarında da böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutulur. Düşünürəm ki, başqa ölkədə olmaq bu əməli törədənləri məsuliyyətdən uzaqlaşdıra bilməyəcək. Azərbaycan qanunları çərçivəsində onlar da qanun qarşısında cavab verəcəklər”.

Xəbərlər