Siyasət 9 May 2023, 17:29 | Baxış sayı: 133
""Bank Melli İran”ın fəaliyyəti Mərkəzi Bank tərəfindən araşdırılmalıdır"

"Bank Melli İran”ın fəaliyyəti Mərkəzi Bank tərəfindən daha sistemli, daha yaxından araşdırılmalı, xüsusi ilə də maliyyə mənbələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi olduqca vacibdir”. Bu sözləri Kommersant.az-a Milli Məclisin deputatı Vüqar Bayramov İranın dövlət bankı "Bank Melli İran”nın Bakı filialı haqqında danışarkən deyib.

 

Deputat qeyd edib ki, Mərkəzi Bank tərəfindən kommersiya banklarına nəzarət var:

 

“Ona görə də xarici bankların fəaliyyəti və gəlir əldə etmə mənbələrinə xüsusi nəzarətin həyata keçirilməsi çox vacibdir”.

 

Vüqar Bayramov əlavə edib ki, nəzərə alsaq ki, İran Ermənistanla sıx əlaqələr quran və xüsusi ilə son dövrlər Azərbaycana qarşı təhdidlərdən istifadə edən ölkədir:

 

“Azərbaycanın Tehranda səfirliyindəki terror hadisəsi də göstərir ki, İranıın Azərbaycana təhdidləri Azərbaycan vətəndaşlarına qarşı terror səviyyəsində belə davam etdirildi. Ona görə də "Bank Melli İran”ın fəaliyyəti Mərkəzi Bank tərəfindən daha sistemli, daha yaxından araşdırılmalıdır.”

Xəbərlər