"Bahalaşmanın çox olması qanunsuz siqaret, spirtli içki ticarətinə səbəb ola bilər" —
2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 110,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz təşkil edib. Oktyabr ayına dair göstəricilər sentyabr ayına nisbətən 100,8 faiz, keçən ilin oktyabr ayına nisbətən 103,1 faiz təşkil edib.
Qiymət artımına Milli Məclisin deputatı Rüfət Quliyev açıqlamasında münasibət bildirib:
“Qiymətlərin qalxması normaldır, bütün dünyada belədir, vergilər artır. Bir məsələ var ki, bundan büdcəyə daxil olan vəsaitlərin böyük qismi siqaret, spirtli içki asılılığı olan insanların müalicəsi üçün xəstəxanalara gedir. Qiymət artımı təbii olsa da bahalaşmanın çox olması qanunsuz siqaret, spirtli içki ticarətinə səbəb ola bilər. Spirtli içkilərin qanunsuz keçirilməsi bir az çətindir, amma siqareti Rusiya və Gürcüstandan gətirtmək olur”.
demokrat.az