Plenar iclaslar 31 Dekabr 2022, 16:28 | Baxış sayı: 134
“Azyaşlıların “Tik-Tok”a girişi qadağan olunsun”

Milli Məclisin deputatı Elşad Mirbəşir Azərbaycanda azyaşlıların “Tik-Tok” sosial şəbəkəsinə daxil olunmasının qanunvericiliklə qadağan olunmasını təklif edib.

“Report”un məlumatına görə, deputat parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib ki, “Tik-Tok” gələcək nəslin məhvinə yönəlib.

“Buna görə də təklif edirəm ki, qanunvericilik formasında azyaşlıların “Tik-Tok”a çıxışı qadağan olunsun. Son dövrlərdə Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərə zidd olan kontent formalaşır. Bununla əlaqədar vətəndaş cəmiyyəti, məktəb, valideyn-məktəb işbirliyi səviyəsində bu məsələyə xüsusi diqqət yetirilməlidir. Aparılan tədqiqatlarla həmin sosial şəbəkəyə girənlərin 60 %-i 16-24 yaş arasında olan şəxslərdir. Xüsusilə də azyaşlılar daha çox istifadə edirlər. Bu məsələ mütləq nəzarətə götürülməldir. Misal olaraq, Çində, Hindistanda, Amerikada məhkəmənin qərarı ilə müəyyən müddət aralağında “Tik-Tok”un fəaliyyəti məhdudlaşdırılır. Ona görə də gələcək fəaliyyətimizdə parlament çərçivəsində buna diqqət yetirək”,- deputat əlavə edib.

Xəbərlər