"Azərbaycanlılar dünyada ən az kitab oxuyan millətdir".
Plenar iclaslar
13 May 2022, 15:51 | Baxış sayı:
269
“Nəşriyyatlar can verir, kağıza dair ƏDV-nin azad olunması ilə bağlı qərar verilsə də, Nazirlər Kabineti bu barədə qərarı rəsmiləşdirib Gömrük Komitəsinə göndərmir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Aqil Abbas bildirib.
“Qəzetlər artıq ölüb. Çünki o bahalıqda qəzet, kitab buraxmaq möcüzədir. Bu məsələ həll olunmalıdır. Baş nazir Əli Əsədov bu məsələyə diqqət yetirməlidir”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, azərbaycanlılar dünyada ən az kitab oxuyan millətdir.
Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində deputatın azərbaycanlıların kitab oxumamasına dair fikri ilə razılaşmayıb: “Belə bir statistika sizdə haradandır? Kitab oxumaq istəyən həmişə oxuyur”.