Cəmiyyət 19 May 2023, 18:08 | Baxış sayı: 92
"Azərbaycanda təzyiqlərə məruz qalan, incidilən kişilərimiz var"

"Mən ölkədə sığınacaqların çox olmasının tərəfdarıyam ki, ehtiyacı olan adamlar burada özlərinə yaşamaq hüquqi qazansınlar. Ancaq sığınacaqların cinslərə görə müəyyən edilməsinin tərəfdarı deyiləm. Çünki mövcud sığınacaqlarda bu gün qadınlarla bərabər kişilərdə yaşamaq hüququna malikdir. Ona görə də bu ayrı-seçkiliyin olması lazım deyil".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 

Deputat bildirib ki, Azərbaycan cəmiyyətində təzyiqlərə məruz qalan, incidilən kişilərimiz var:

"Ancaq yaxşı kişi daha çox qadınlara simsar olmalıdır, müdafiə etməlidir. Ümumiyyətlə, bu sahədə kişilərin özlərini günahkar hesab edirəm. Günah özlərindədir ki, onlar belə vəziyyətə düşürlər, sığınacaqlara yerləşdirilmək arzusunda olurlar. 

Müəyyən imkansız kişilər var,  onlarla da əlaqədar qocalar evi var. Dövlət onları hər cür qayğı ilə təmin edir. Kimsəsiz, ahıl kişilər sözsüz ki, qocalar evinə istənilən vaxt yerləşdirilə bilərlər".

Xəbərlər