Plenar iclaslar, Qanun Layihələri 5 May 2022, 15:53 | Baxış sayı: 283
"Azərbaycanda pensiya yaşı uzun müddətdir dəyişməyib".

"Azərbaycanda pensiya yaşı uzun müddətdir dəyişməyib". 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. 

Deputat bildirib ki, Azərbaycanda orta ömür uzunluğunu nəzərə alaraq pensiya yaşına yenidən baxmaq lazımdır:  "Ölkəmizdə kişilərin pensiya yaşının 63, qadınların isə 60 olmasını məqbul hesab edirəm".

“Azərbaycanda pensiya təminatı 2017-ci ildən sərtləşib. Son 30 ildə pensiya yaşının dəyişdirilməsi elə ciddi dəyişikliklərə məruz qalmayıb. 30 il ərzində ömür uzunluğu 2 yaş artıb", - deyə deputat vurğulayıb. 

Xəbərlər